"Neftçi"də ayrılıq - RƏSMİ

"Neftçi"də ayrılıq - RƏSMİ

“Neftçi” PFK klubun seleksiya şöbəsinin üzvü Vadar Nuriyevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

MediaSport.az xəbər verir ki, klub 51 yaşlı mütəxəssisə təşəkkür edərək onunla vidalaşıb.

Qeyd edək ki, 1998-2001-ci illərdə “Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub.

2018-ci ildə əvəzedici komandanın baş məşqçisi olmuş Nuriyev 2020-ci ilin iyulundan noyabrınadək əsas komandada köməkçi məşqçi, 2021-ci ilin fevralından indiyədək isə klubun seleksiya şöbəsində çalışıb.