"Qarabağ"ın oyununun biletləri satışda: Qiyməti 3 manatdan

"Qarabağ"ın oyununun biletləri satışda: Qiyməti 3 manatdan

Azərbaycan Premyer Liqasının 19-cu turunda keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılır.

Mediasport.az xəbər verir ki, azarkeşlər matçın biletlərini bu gün saat 14:00-dan etibarən iticket.az saytından əldə edə bilərlər.

Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da satışda olacaq.