Yığmamız Türkiyəyə qarşı

  Yığmamız Türkiyəyə qarşı

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyədə ikinci yoldaşlıq matçına çıxacaq.

Mediasport.az xəbər verir ki, yığma hazırlıq çərçivəsində Türkiyənin müvafiq yaş qrupundan ibarət komanda ilə qarşılaşacaq.

Xatırladaq ki, bir neçə gün öncə millimiz Türkiyəyə 0:4 hesabı ilə uduzmuşdu.

Yoldaşlıq oyunu

12 sentyabr

14:00 Türkiyə (U-17) - Azərbaycan (U-17)

"Darıca" stadionu