"Turan Tovuz"la müqaviləsi başa çatdı, 1-ci Liqa klubuna keçdi
"Turan Tovuz"la müqaviləsi başa çatan Azərbaycan millisinin sabiq müdafiəçisi Tərlan Quliyev 1-ci Liqada oynayacaq.
Mediasport.az xəbər verir ki, 32 yaşlı futbolçu "İmişli" ilə anlaşıb.
Quliyevlə 1 illik anlaşmaya qol çəkilib.
Son komandası Tovuz klubu olmuş futbolçu daha əvvəl "Neftçi”, “Qarabağ” və “Kəpəz”də oynayıb.