İddialılar Quba sınağında

İddialılar Quba sınağında

Bu gün Azərbaycan 2-ci Liqasında 5-ci tura yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutacaq.

Turun buna qədər keçirilən oyunlarında "Şimal" "Qusar"ı (3:0), "Kür-Araz" "Dinamo"nu (2:0), "Şahdağ Qusar" "Şəmkir"i (5:0), "Şəfa" isə "Saatlı-Araz"ı (3:1) məğlub edib.

Azərbaycan 2-ci Liqası. 5-ci tur

2 oktyabr (çərşənbə)

15:30 "Ağdaş" - "Lerik"

Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Samir Hüseynov.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Ağdaş şəhər stadionu.

16:00 "Hypers Guba" - "Füzuli"

Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Zakir Şükürzadə, Emin Abdullayev.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Mahal Məmmədov.

Quba OİK stadionu.

16:00 "Göygöl" - "Şəki Siti"

Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.

Hakim-inspektor: Rövşən Əhmədov.

AFFA nümayəndəsi: İlham Əliyev.

Göygöl OİK stadionu.