Qrup sonuncusu olduq...

Qrup sonuncusu olduq...

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan millisi bu gün sonuncu oyununu keçirib.

MediaSport.az xəbər verir ki, Xorvatiyanın Pula şəhərindəki “Aldo Drosina” stadionunda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandasına da uduzan yığmamız qrup sonuncusu olub.

"B" Liqasının I qrupunda mübarizəyə qoşulan qadınlarımız əvvəlki görüşün hər 2-də məğlub olub: Monteneqroya 1:2, Kiprə isə 0:4 uduzublar.


Avropa çempionatı. İlkin seçmə mərhələ, III tur

Azərbaycan - Xorvatiya 0:1

Baş hakim: Viktoriya Beyer (Fransa)