"Turan Tovuz"lu ehtiyatda qaldı, Meksika KONKAKAF çempionu oldu
ABŞ-da keçirilən Şimali, Mərkəzi Amerika və Karib hövzəsi üzrə (CONCACAF) "Gold Cup" turnirinin qalibi müəyyənləşib.
MediaSport.az xəbər verir ki, final qarşılaşmasında Meksika və Panama milliləri üz-üzə gəliblər.
Görüş Meksika yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 88-ci dəqiqədə Santyaqo Ximenes vurub.
"Turan Tovuz"un heyətində çıxış edən panamalı müdafiəçi Roderik Miller ehtiyatda qalıb.
Meksikalıların qapıçısı Gilyermo Oçoa turnirin ən yaxşı qolkiperi seçilib.