"Turan Tovuz"un cəriməsi açıqlandı
AFFA İntizam Komitəsi üç komandanı görə cərimələyib.
Mediasport.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.
Premyer Liqanın XXXVI turunun “Turan Tovuz” - “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Tovuz klubu 800 manat cərimə edilib.
Əvəzedicilər Liqasında XXXVI turun “Turan Tovuz-2” - “Kəpəz-2” oyunundan əvvəl azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə meydan sahibləri 150 manat cərimə olunub.
II Liqada pley-off mərhələsinin “Şəfa” - “Hypers” matçında da meydan sahiblərinin fanatları eyni davranışla yadda qalıblar. İntizam Komitəsi buna görə “Şəfa”nı 150 manat cərimələyib.