"Qarabağ" Serbiya yığma komandasının sabiq üzvünü istəyir
Serbiyanın “Partizan” klubunun qapıçısı Aleksandr Yovanoviç karyerasını “Qarabağ”da davam etdirə bilər.
Mediasport.az xəbər verir ki, Serbiya mətbuatı Andrey Lunyov və Luka Quqeşaşvili ilə vidalaşacağı gözlənilən Ağdam klubunun 31 yaşlı qolkiperlə danışıqlar apardığını yazır.
Bildirilir ki, təmsilçimiz onu ötən yay "Apollon"da (Kipr) çıxış etdiyi vaxtdan transfer siyahısına salıb.
Fransa klublarının da maraqlandığı Yovanoviç 2016-cı ildə Serbiya millisində bir oyun keçirib.
“Rad”, “Donji Srem”, “Radniçki”, “Orhus”, “Ueska” və “Deportivo” klublarının formasını geyinmiş qolkiperin "Partizan"la müqaviləsi 2026-cı ilin yayına qədərdir.