Avropa Liqası: "Qarabağ" - "Ayaks" qarşılaşmasına 18500 bilet satılıb

Avropa Liqası: "Qarabağ" - "Ayaks" qarşılaşmasına 18500 bilet satılıb

"Qarabağ"ın UEFA Avropa Liqasının əsas mərhələsinin "Ayaks"la (Niderland) oyunu üçün 18500 bilet satılıb.

Mediasport.az xəbər verir ki, qarşılaşmaya bilet satışı hələ də davam edir.

Matçın biletlərinin qiyməti müvafiq olaraq, 5, 20, 30, 40, 75 və 150 manatdır.

Görüş 24 oktyabr, 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.