"Turan Tovuz"dan Moldovaya getdi
"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisinə çağırılıb.
mediasport.az xəbər verir ki, 27 yaşlı müdafiəçi yığmanın qarşıdakı iki görüşü üçün Kişinyova yollanıb.
Marandiçi AÇ-2024-ün seçmə qrup mərhələsi çərçivəsində iyunun 17-də Albaniya, 3 gün sonra isə Polşa ilə keçiriləcək görüşlərdə heyətdə yer alacaq.