Ukrayna mətbuatı "Zirə"nin yeni transferi haqda: "Mirça Luçesku yükdən qurtuldu"

Ukrayna mətbuatı "Zirə"nin yeni transferi haqda: "Mirça Luçesku yükdən qurtuldu"

Ukrayna mətbuatında “Zirə”nin heyətinə qatdığı Vladislav Kulaçın keçidi barədə maraqlı xəbər dərc edilib.

mediasport.az xəbər verir ki, “sport.24tv.ua” saytı Kiyev "Dinamo"sunun karyerasını Azərbaycanda davam etdirəcək 29 yaşlı futbolçudan canını xilas etdiyini yazıb.

Məlumatda hücumçunun tez-tez zədələnməsinə diqqət çəkən həmkarlarımız Kulaçın faydasız futbolçu olduğuna işarə ediblər: "Mirça Luçesku ("Dinamo"nun baş məşqçisi-red.) yükdən qurtuldu, “Dinamo” cəmi 1 qol vuran hücumçusu ilə vidalaşdı”.

Rumıniyalı baş məşqçinin şans vermədiyi forvard klubu ilə müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verdiyi üçün "Zirə"yə azad agent kimi transfer olunub. Kulaç 2021-ci ilin yayından formasını geyindiyi “Dinamo”da ümumilikdə 7 oyun keçirib, 1 dəfə fərqlənib. O, təmsilçimizlə 1,5 illik müqavilə bağlayıb.