DÇ-2022: İngiltərəni məğlub edən Fransa adını yarımfinala yazdırdı

DÇ-2022: İngiltərəni məğlub edən Fransa adını yarımfinala yazdırdı

Dünya Kubokunda sonuncu yarımfinalçı müəyyənləşdi.

mediasport.az xəbər verir ki, İngiltərə - Fransa qarşılaşmasında futbolun yaradıcılarından üstün olan son Dünya çempionları mundialın 1/2 finalına vəsiqə qazandılar.

Beləliklə, Didye Deşamın kollektivi finala gedən yolda DÇ-nin sürpriz komandası Mərakeş, Argentina isə mundialın son finalçısı Xorvatiya ilə münasibətlərinə aydınlıq gətirəcək.


Dünya Kuboku-2022. 1/4 final mərhələsi

İngiltərə - Fransa 1:2

Qollar: Harri Keyn, 54-pen., - Aurelien Çuameni, 17, Olivye Jiru, 78.

Qaçırılmış penalti: Harri Keyn, 84.

Baş hakim: Vilton Sampayo (Braziliya)

"Əl Beyt" stadionu


Dünya Kuboku-2022. 1/2 final mərhələsi


13 dekabr, 23:00

Argentina - Xorvatiya


14 dekabr, 23:00

Fransa - Mərakeş