Türkiyə klublarının avrokubok oyunları Azərbaycan kanalında yayımlanacaq

Türkiyə klublarının avrokubok oyunları Azərbaycan kanalında yayımlanacaq

Türkiyənin avrokuboklarda iki klubunun oyunu Azərbaycan telekanalında canlı yayımla təqdim ediləcək.

MediaSport.az saytına verilən məlumata görə, "Fənərbağça" və "Beşiktaş"ın Avropa Konfrans Liqasında cavab qarşılaşmaları REAL TV vasitəsilə canlı yayımlanacaq.

“Fənərbağça” bu gün Moldovada yerli “Zimbru”nun qonağı olacaq. Görüş Bakı vaxtilə saat 21:30-da başlanacaq.

Sabah isə saat 22:00-da Albaniyada keçiriləcək "Tirana" - "Beşiktaş" görüşü azərbaycanlı azarkeşlərə təqdim olunacaq.