Qurban Qurbanov şəhid övladının arzusunu gerçəkləşdirdi
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Vətən Müharibəsi şəhidi Vidadi Xəlilovun oğlu Əli Xəlilovun arzusunu həyata keçirib.
MediaSport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi onlarla görüşmək arzusunda olan Əlini komandanın məşqinə dəvət edib.
Baş məşqçi və futbolçular Əli ilə tanış olub, onunla şəkil çəkdirərək klubun hədiyyəsini təqdim ediblər. Məlumatı "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi yayıb.
"Vətən müharibəsinin Qəhrəman şəhidi, polkovnik-leytenant Vidadi Xəlilovun oğlu Əli futbol həvəskarıdır və yaşadığı Göyçay rayonunda futbol məktəbində məşq edir. Ən böyük arzusu “Qarabağ” komandasının üzvləri ilə görüşmək, Qurban Qurbanovla tanış olmaq idi. Bu istəkdən xəbər tutan baş məşqçi onu komandaya dəvət edib, üzvlərlə tanış edib, komandanın hədiyyələrini təqdim ediblər" - deyə, məlumatda qeyd olunub.