"Bizi münasib Estoniya və əlçatmaz Avstriya ilə oyunlar gözləyir"

"Bizi münasib Estoniya və əlçatmaz Avstriya ilə oyunlar gözləyir"

Azərbaycan yığma komandasının baş məşqçisi Canni De Byazi növbəti dəfə İtaliya mətbuatına açıqlama verib.

Mediasport.az xəbər verir ki, əsasən vətənindən olan jurnalistlərlə danışan qocaman mütəxəssis komandamızın qarşıdakı oyunlarda yaxşı nəticə əldə etməyə çalışacağını deyib:

"Bakıda Belçika ilə matçda buraxdığımız uğursuz qol səbəbindən məğlub olsaq da, yaxşı oynamışdıq. Bu, bizim səviyyədə olan yığmaların kiçik çatışmazlığıdır. İndi bizi daha münasib Estoniya və əlçatmaz Avstriya ilə görüşlər gözləyir. Daha yaxşı olmasına çalışacağıq".

Qeyd edək ki, seçməmiz oktyabrın 13-də səfərdə Estoniyanın qonağı olacaq, 3 gün sonra isə Bakıda - Tofiq Bəhramov adına Respublika stadionunda Avstriyanı qəbul edəcək.