Türkiyə və İtaliya Avropa çempionatını birgə keçirmək üçün müraciət etdi
Futbol üzrə AÇ-2032 iki ölkədə keçirilə bilər.
MediaSport.az xəbər verir ki, Türkiyə və İtaliya turnirə birgə ev sahibliyi üçün namizədliklərini irəli sürüb.
Bu 2 ölkə ilkin variantda namizəd kimi qeydə alınıb. Hələlik qitə birinciliyini keçirmək istəyən başqa müraciətçi yoxdur.
Ehtimala görə, UEFA müsbət qərar versə, yarışın açılış oyunu İstanbulda, final görüşü isə Romada keçiriləcək.