"AVRO-2025" rəqiblərimiz: İngiltərə səfərdə Ukrayna yığmasına uduzub

"AVRO-2025" rəqiblərimiz: İngiltərə səfərdə Ukrayna yığmasına uduzub

AVRO-2025-in seçmə mərhələsinin F qrupunda yer alan Azərbaycanın U-21 yığmasının rəqibləri növbəti oyunlarını keçiriblər.

Mediasport.az xəbər verir ki, İngiltərə millisini Slovakiyada qəbul edən Ukrayna yığması inamlı qələbə qazanıb.

3 gün əvvəl Bakıda millimizi məğlub edən Şimali İrlandiya isə öz meydanında Serbiyaya uduzub.

Ukrayna hazırda 9 xalla qrupda lideridir.


AVRO-2025. Seçmə qrup mərhələsi


Ukrayna (U-21) – İngiltərə (U-21) 3:2

Qollar: Voloşin 31, Oçeretko 43, Kvasnitsa 90+4 – Madueke 67, Kresvel 89.

Şimali İrlandiya (U-21) – Serbiya (U-21) 1:2

Qollar: Makqakkin 51(p) – Luçiç 15, Pantoviç 82.