Yığmamızın rəqiblərinin oyunu azarkeşlərin güllələnməsinə görə yarımçıq dayandırılıb - AVRO-2024
Bu gün AVRO-2024-ün seçmə qrup mərhələsində 8-ci turun növbəti görüşləri baş tutub.
Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 3 qrupda 7 matç keçirilib.
Bakıda Azərbaycan millisi ilə qarşılaşan Avstriya minimal hesablı qələbə qazanıb. F qrupunun digər matçı – Belçika - İsveç qarşılaşması hesab 1:1 olarkən təxirə salınıb. Buna səbəb Brüsseldə isveçli iki azarkeşin güllələnməsi olub.
AVRO-2024. Seçmə qrup mərhələsi. 8-ci tur
B qrupu
22:45 Yunanıstan – Niderland 0:1
22:45 Cəbəllütariq – İrlandiya 0:4
Turnir cədvəli: Fransa – 18 xal (6 oyun), Niderland – 12 xal (6), Yunanıstan – 12 xal (7), İrlandiya – 6 xal (7), Cəbəllütariq – 0 xal (6)
F qrupu
20:00 Azərbaycan – Avstriya 0:1
22:45 Belçika – İsveç (oyun təxirə salınıb)
Turnir cədvəli: Belçika – 16 xal (6), Avstriya – 16 xal (7), İsveç – 6 xal (5), Azərbaycan – 4 xal (6), Estoniya – 1 xal (6)
J qrupu
22:45 Bosniya və Herseqovina – Portuqaliya 0:5
22:45 Lüksemburq – Slokaviya 0:0
22:45 İslandiya – Lixtenşteyn 4:0
Turnir cədvəli: Portuqaliya – 24 xal (8), Slovakiya – 16 xal (8), Lüksemburq – 11 xal (8), İslandiya – 10 xal (8), Bosniya və Herseqovina – 9 xal (8), Lixtenşteyn – 0 xal (8)