Türkiyədə fikir ayrılığı yarandı, "Turan Tovuz"un oyunu ləğv edildi

Türkiyədə fikir ayrılığı yarandı, "Turan Tovuz"un oyunu ləğv edildi

Bu gün Türkiyə təlim-məşq toplanışı çərçivəsində keçirilməsi nəzərdə tutulan “Turan Tovuz” - “Kocaelispor” oyunu baş tutmayıb.

Mediasport.az xəbər verir ki, tərəflər arasında yaranan fikir ayrılığı səbəbindən qarşılaşma ləğv olunub.

Qeyd edək ki, "Turan Tovuz" Türkiyədə iki hazırlıq matçı keçirib.

Qurban Berdıyevin rəhbərlik etdiyi kollektiv "Pendikspor" (0:0) və "Adana Dəmirspor"la (3:3) heç-heçə edib.