Milli komandamızın futbolçuları turu 1 xalla başa vurublar - VİDEO

Milli komandamızın futbolçuları turu 1 xalla başa vurublar - VİDEO

Türkiyə Superliqasında 16-cı turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə futbol üzrə Azərbaycan milli komandasının üzvləri Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor" və Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" növbəti matçların keçiriblər.

Adana təmsilçisi "İstanbulspor"la məhsuldar heç-heçə edib, Məhəmmədəliyev 2 qol buraxıb.

"Hatayspor" - "Qaziantepspor" dueli isə başladığı hesabla bitib. Dadaşov meydana sonradan daxil olub və sarı vərəqə ilə yadda qalıb.

Adana klubu ölkə çempionatının turnir cədvəlində 29 xalla beşinci, Hatay təmsilçisi 20 xalla 16-cı pillədə qərarlaşıb.

Tura bu gün keçiriləcək 2 oyunla yekun vurulacaq.

Türkiyə Superliqası. 16-cı tur

"Hatayspor" - "Qaziantepspor" 0:0

"Fatih Karagümrük" - "Kayserispor" 4:1

"Adana Dəmirspor" - "İstanbulspor" 2:2

"Fənərbağça" - "Konyaspor" 7:1