UEFA Belarus millisi haqda qərar verdi - ALEKSANDER ÇEFERİN AÇIQLADI
UEFA Belarus milli komandası haqda qərar verib.
mediasport.az xəbər verir ki, Ali futbol qurumu bu ölkəni öz bayrağı altında keçirilən turnirlərdən kənarlaşdırmayacaq.
Bu barədə Avropa futbol qurumunun prezidenti Aleksander Çeferin "Sport Bild" nəşrinə açıqlamasında deyib. Sloveniyalı funksioner bildirib ki, bunun üçün heç bir əsas yoxdur: "Hamını kənarlaşdırın" çağırışı bir az populist səslənir. Bunun üçün heç bir səbəb görmürük. Nəsə dəyişsə, mütləq cavab veriləcək. Siyasətçilər qərar vermək gücümüzə hörmət etməlidirlər. Biz də öz növbəmizdə onların işinə qarışmırıq".
FİFA və UEFA Ukraynaya hücum səbəbindən Rusiya yığmasını və komandalarını beynəlxalq turnirlərdən kənarlaşdırıb.