"Zirə"nin yer aldığı pley-off raundunda 48 klub yarışacaq

"Zirə"nin yer aldığı pley-off raundunda 48 klub yarışacaq

Futbol üzrə UEFA Avropa Konfrans Liqasında da pley-offun bütün cütləri məlum olub.

Mediasport.az xəbər verir ki, fərqli sistemdə keçiriləcək qrupa düşmək uğrunda 48 komanda yarışacaq.

Liqa mərhələsinə vəsiqələr uğrunda 24 cütdə Azərbaycanı “Zirə” təmsil edəcək.

Rəşad Sadıqovun komandası Kiprin “Omoniya” kollektivi ilə görüşəcək.

Raundun qarşılaşmaları avqustun 22-də və 29-da baş tutacaq.


Avropa Konfrans Liqası. Pley-off


“Omoniya” - “Zirə”

“Gimaraynş” - “Zrinski” Mostar

“Yurqorden” - “Maribor”

“Sankt Qallen” – "Trabzonspor"

“Brann” - “Astana”

"Visla" Krakov - "Serkl Brügge"

“Lans” - "Panatinaikos"

“Legiya” - “Drita”

“Mlada" Boleslav - “Pakşi”

“Hekken” - “Haydenhaym”

"Riyeka" - “Olimpiya” Lyüblyana

“Sent Patriks” – “Başakşəhər”

“Kopenhagen” – "Kilmarnok"

“Fiorentina” - “Puşkaş Akademiya”

“Çelsi” - “Servette”

ÇFR - “Pafos”

"Partizan" - “Gent”

“Krivbass” - “Betis”

“Noa” – "Rujomberok"

"Linkoln" - “Larne”

“Pünik” - "Selye"

“Vikinqur” Reykyavik - "Santa Koloma"

"Panevejis" - TNS

"Klaksvik" – "Helsinki"