ÇL həyəcanı bu axşam davam edəcək - 3 klub 1/8 finala çıxa bilər
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü turun matçları start götürəcək.
Mediasport.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş keçiriləcək.
Bu qarşılaşmalarda 3 kollektiv pley-offa vəsiqə qazana bilər.
G qrupunda yarışan “Mançester Siti” və “Leypsiq” qələbə qazansa, qrupdan müvafiq ardıcıllıqla 1-2-ci yeri tutaraq çıxacaq.
H qrupunda isə 1/8 finala çıxışını “Barselona” rəsmiləşdirə bilər, qalib gəlməklə.
A, B, C və D qruplarında turun oyunları sabaha planlaşdırılıb.
Çempionlar Liqası. Qrup mərhələsi. 4-cü tur
E qrupu
00:00. “Atletiko” (İspaniya) – “Seltik” (Şotlandiya)
00:00. “Latsio” (İtaliya) – “Feyenoord” (Niderland)
Xal durumu: “Feyenoord” – 6, “Atletiko” – 5, “Latsio” – 4, “Seltik” - 1.
F qrupu
21:45. “Borussiya” (Dortmund, Almaniya) – “Nyukasl” (İngiltərə)
00:00. “Milan” (İtaliya) – PSJ (Fransa)
Xal durumu: PSJ – 6, “Borussiya” – 4, “Nyukasl” – 4, “Milan” - 2.
G qrupu
00:00. “Mançester Siti” (İngiltərə) – “Yanq Boyz” (İsveçrə)
00:00. “Srvena Zvezda” (Serbiya) – “Leypsiq” (Almaniya)
Xal durumu: “Mançester Siti” – 9, “Leypsiq” – 6, “Yanq Boyz” – 1, “Srvena Zvezda” - 1.
H qrupu
21:45. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Barselona” (İspaniya)
00:00. “Portu” (Portuqaliya) – “Antverpen” (Belçika)
Xal durumu: “Barselona” – 9, “Portu” – 6, “Şaxtyor” – 3, “Antverpen” - 0.