DÇ-2022: Fransa 1/4 finalda!

DÇ-2022: Fransa 1/4 finalda!

Dünya Kuboku-2022-də daha bir komandanın 1/4 finala çıxışı rəsmiləşib.

mediasport.az xəbər verir ki, son Dünya çempionu Fransa 1/8 finalda üz-üzə gəldiyi Polşa yığmasına heç bir şans verməyərək mundialda növbəti mərhələyə keçib. DÇ-yə layiq futbol nümayiş etdirməyən polyaklar isə evə qayıdırlar.

Didye Deşamın baş məşqçisi olduğu komanda 1/4 finalda bir qədər sonra başlanacaq İngiltərə - Seneqal cütünün qalibi ilə qarşılaşacaq.


Dünya Kuboku-2022. 1/8 final

Fransa - Polşa 3:1

Qollar: Olivye Jiru, 43, Kilian Mbappe, 76, 90+1 - Robert Levandovski, 90+9-pen.

Baş hakim: Xesus Valensuela (Venesuela)

"El-Tumama" stadionu, Doha