UEFA-dan "Qarabağ"a növbəti ödəniş: 1,7 milyon avro köçürülüb

UEFA-dan "Qarabağ"a növbəti ödəniş: 1,7 milyon avro köçürülüb

UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib.

Mediasport.az xəbər verir ki, "köhlən atlar"a UEFA Avropa Liqasında pley-offa vəsiqə qazanması və 1/8 final mərhələsinə yüksəlməsinə görə 1 milyon 700 min avro (təxminən 3 milyon 145 min manat) verilib.

Maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.