Millimizin Avropa çempionatında rəqibləri məlum olub - AVRO-2025

Millimizin Avropa çempionatında rəqibləri məlum olub - AVRO-2025

Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv B Liqasının I qrupunda İsveçrə, Macarıstan və Türkiyə yığmaları ilə qarşılaşacaq.

AVRO-2025-in seçmə mərhələsində qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək.

Turnirin final mərhələsi 2025-ci ilin iyulunda İsveçrədə təşkil olunacaq.