"Zirə" Türkiyədə ilk görüşünü Superliqa təmsilçisinə qarşı keçirəcək

"Zirə" Türkiyədə ilk görüşünü Superliqa təmsilçisinə qarşı keçirəcək

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” sabah ilk yoxlama matçında gücünü sınayacaq.

MediaSport.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda Superliqa təmsilçisi "Fatih Karagümrük"lə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.