Premyer Liqa təmsilçisi "Araz-Naxçıvan"a söz verib aldatdı

Premyer Liqa təmsilçisi "Araz-Naxçıvan"a söz verib aldatdı

Mövsümün ikinci yarısının hazırlıqlarını planlaşdıran “Araz-Naxçıvan” yanvarın 12-dən 16-dək Qəbələdə təlim-məşq toplanışı keçirəcək.

Klubdan Mediasport.az saytına verilən məlumata görə, Azər Bağırovun komandası bu əsnada “Kəpəz”lə yoldaşlıq oyunu keçirməklə bağlı qarşılıqlı razılıq əldə etsə də, Gəncə təmsilçisi son anda Qəbələyə gələ bilməyəcəyini bildirib.

Naxçıvan təmsilçisi bu səbəbdən yanvarın 15-də “Qəbələ” ilə gücünü sınayacaq.

Oyunun saatı barədə əlavə məlumat veriləcək.