Premyer Liqa klubları növbəti yoxlama matçlarına çıxacaqlar
Bu gün Premyer Liqa təmsilçiləri mövsümün ikinci yarısına hazırlıq çərçivəsində növbəti yoxlama oyunlarını keçirəcəklər.
Mediasport.az xəbər verir ki, matçlardan biri Azərbaycanda, ikisi isə Türkiyədə baş tutacaq.
"Qəbələ" və "Araz-Naxçıvan" saat 14:00-da birincilərin stadionunda qüvvələrini sınayacaqlar.
"Səbail" və "Turan Tovuz" isə ölkə xaricində - Türkiyədə yoxlama qarşılaşmalarına çıxacaqlar.
"Dənizçilər" saat 18:00-da Rusiyanın "Fakel" klubu ilə üz-üzə gələcək.
"Boz qurdlar" axşam saatlarında Özbəkistan təmsilçisi "Nasaf"la münasibətlərinə aydınlıq gətirəcəklər.
Xatırladaq ki, Ayxan Abbasovun çalışdırdığı "Turan" bu gün 2 yoxlama oyunu keçirəcək və onlardan biri 12:00-da start götürüb.