Azərbaycan - İsveç oyununun biletləri 3 manatdan satışa çıxarıldı

 Azərbaycan - İsveç oyununun biletləri 3 manatdan satışa çıxarıldı

UEFA Millətlər Liqasında qrup mərhələsinin ilk turu çərçivəsində keçiriləcək Azərbaycan - İsveç oyununun biletləri satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, azarkeşlər biletləri "İtickets" saytından və satış kassalarından əldə edə bilərlər.

Biletlərin qiymətləri sektorlara görə 3, 5 və 10 və manat təşkil edir.

VİP sektoruna biletlərin qiyməti isə 20-30 manatdır.

Xatırladaq ki, sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da başlanacaq.