UEFA-nın C kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilib

  UEFA-nın C kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilib

AFFA-nın inzibati binasının konfrans zalında qadın məşqçilər üçün UEFA C kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilir. 

Mediasport.az xəbər verir ki, təlimatçılar İlham Əzizzadə, Xanlar Əliyev, Dəyanət Əliyevin rəhbərlik etdiyi məşğələ 20 sentyabra qədər davam edəcək.

Qadınlar üçün UEFA C kateqoriyalı məşqçi kursunun I mərhələsi avqustda, II mərhələsi isə sentyabrın əvvəlində baş tutub.