Qurban Qurbanov rəhbərlikdən bu iki mövqeyə transfer istəyib

Qurban Qurbanov rəhbərlikdən bu iki mövqeyə transfer istəyib

"Qarabağ" transfer çalışmalarını davam etdirir.

Mediasport.az xəbər verir ki, Ağdam klubu konkret iki mövqe üzərində axtarışlar aparır.

Bu qış "Sabah"dan Aleksey İsayevlə güclənən "köhlən atlar"ı qayğılandıran müdafiə və hücum xəttidir.

Baş məşqçi Qurban Qurbanov bu iki mövqeyə transferlərin labüd olduğunu rəhbərliyə bildirib və "OK" alıb.

Klub seleksiyaçılarının diqqətində olan bir neçə futbolçu var. Bir əmma çıxmasa, "Qarabağ" qış "transfer pəncərəsi" bağlanana qədər azı 1 keçidi rəsmiləşdirəcək.