1 milyon avro təklif etdilər, "Qarabağ"ın cavabı "YOX" oldu
Macarıstanın ən titullu klubu "Ferensvaroş" növbəti dəfə "Qarabağ"ın legioneri Julio Romaoya "elçi" düşüb.
Mediasport.az saytına verilən məlumata görə, 35-qat ölkə çempionu qışdan maraqlandığı braziliyalı üçün bu dəfə konkret məbləğ təklif edib.
Lakin Ağdam təmsilçisi 1 milyon avroluq təklifə "yox" deyib.
Baş məşqçi Qurban Qurbanova lazım olan "sambaçı"ya 3 milyon avro qiymət qoyulub.
26 yaşlı cənubi amerikalının "köhlən atlılar"la müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
O, Azərbaycana 2 il əvvəl Portuqaliyanın "Santa Klara" kollektivindən gəlib.