Mahir: "Öz oyunumuzu göstərib, yaxşı nəticə üçün savaşacağıq"
"Sabah güclü rəqibə qarşı oynayacağıq. Bizi çətin qarşılaşma gözləyir. Rəqibin adı bəllidir. Buna baxmayaraq, öz oyunumuzu göstərib, yaxşı nəticə üçün savaşacağıq".
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.
O, UEFA Millətlər Liqasının C1 Liqasının 6-cı turunun İsveçlə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
27 yaşlı forvardın fikirlərini diqqətinizə çatdırır:
“Hər bir hücumçunun istəyi qol vurmaqdır. Ancaq millidə daha önəmlisi qələbə qazanmaqdır. Hamımız bua yaxşı nəticə üçün toplaşırıq. Düzdür, mən də İsveçlə matçda qol vurmaq istərdim. Bunun qələbə qolu olması mənim üçün daha vacibdir”.