UEFA "Qarabağ" haqda: "Oyunçuları təlaş içində olduğundan..."
UEFA-nın rəsmi saytı Avropa Liqasının əsas mərhələsinin 2-ci turunun Bakıda keçirilmiş "Qarabağ" - "Malmö" matçına yer ayırıb.
Mediasport.az xəbər verir ki, portalda İsveç çempionunun Azərbaycandan layiqli qələbə ilə döndüyü qeyd olunub.
Yazıda Ağdam klubunun futbolçularının sürətinin zəif olması və son nöqtəni qoymaq çatışmazlığı qabardılıb:
"Qarabağ" ilk turda “Tottenhem”ə uğursuz səfərin ardından yenə uduzdu. Azərbaycan çempionu bu dəfə bərabər səviyyəli oyunda və qələbə üçün daha böyük ümidlər olan görüşdə uduzdu".
Saytda Juninyonun qol vurması fərqləndirilib: "O, öz üslubunda müdafiəçilərdən qaçaraq “Malmö”nün qapısına yol tapa bildi, lakin dərhal Erik Botheim Buzanellonun ötürməsini qola çevirdi.
“Qarabağ”, heç olmasa, hesabı bərabərləşdirməyə çalışsa da, “Malmö” səhvə yol vermədi. Ağdam təmsilçisində sürət və qeyri-standart həll yolları yox idi, əvəzində qonaqlar müdafiədə kifayət qədər səliqəli və etibarlı çıxış etdilər. “Qarabağ”ın oyunçuları təlaş içində olduğundan effektivlik yarada bilmədilər. İsveçlilər soyuqqanlılığı və dəqiqliyə görə 3 xala layiq idilər".
Xatırladaq ki, Qurban Qurbanovun komandası 1:2 hesabı ilə məğlub olub.