"Klubumuzda maliyyə probleminin olması xəbəri həqiqət deyil"
"Klubumuzda maliyyə probleminin yaşanması ilə bağılı yayılan xəbərlər həqiqəti əks etdirmir. "Göygöl" futbolçuları sentyabr və oktyabr ayının maaşlarını alıblar".
Bu sözləri Mediasport.az saytına bölgə təmsilçisindən deyiblər.
Klubdan mətbuatda yayılan xəbərlərə münasibət olaraq bildirilib ki, əvvəlki ayların əmək haqqları tam olaraq idmançıların hesablarına köçürülüb:
"Dövlət tərəfindən ayrılan və AFFA-nın vasitəçiliyi ilə ödənilən maliyyə vəsaiti klubun hesabına ayın ilk ongünlüyündə köçdüyü üçün komanda üzvlərimiz yalnız noyabr ayının maaşlarını almayıblar. Qeyd etmək istəyirik ki, klubda futbolçuların əmək haqqlarının toplanıb qalması ilə bağlı məlumat doğru deyil. Ümumiyyətlə, klubumuzda hər hansı bir maliyyə problemi yaşanmır".
Qeyd edək ki, Göygöl təmsilçisi 14 komandalı Azərbaycan 2-ci Liqasında başa çatan ilk dövrədən - 13-cü turdan sonra 22 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.