Millimizin futbolçusu İsveçlə oyunun "23-lüy"ündən çıxarıldı

Millimizin futbolçusu İsveçlə oyunun "23-lüy"ündən çıxarıldı

Bu gün UEFA Millətlər Liqasının ilk turu çərçivəsində Bakıda İsveç yığmasını qəbul edəcək millimizin matç üçün "23-lüy"ü müəyyənləşib, bir oyunçu kənarda qalıb..

Mediasport.az xəbər verir ki, baş məşqçi Fernandu Santuş sağ cinah müdafiəçisi Qismət Alıyevi bugünkü görüşlə bağlı plana daxil edilməyib.

"Zirə"nin 28 yaşlı üzvü yüngül zədəli olduğu üçün qarşılaşmanı tribunadan izləyəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək duel saat 20:00-da başlanacaq.