Miroslav Kloze: "Mahir Emreli 2-ci Bundesliqada oynayacaq gücdədir"
Almaniyanın "Nürnberq" klubunun baş məşqçisi Miroslav Kloze Mahir Emrelinin kluba transferi barədə danışıb.
Mediasport.az xəbər verir ki, 46 yaşlı mütəxəssis hücumçunun 2-ci Bundesliqa təmsilçisinə xeyir verəcəyini deyib.
Yerli mətbuata açıqlama verən çalışdırıcı Mahirin yaxşı oyunçu və kifayət qədər təcrübəyə malik olduğunu qeyd edib:
"Mahir Emreli 2-ci Bundesliqada oynayacaq gücdədir. Çox yaxşı zərbələri var. Həmçinin, topla yaxşı oynaya, qaça və boşluqları hiss edə bilir".
Xatırladaq ki, “Nürnberq” Azərbaycan millisinin forvardı ilə 1 illik müqavilə imzalayıb.