Veşoviçin ailəsindən ad günü təbriki: "Hər zaman yanındayıq!"

Veşoviçin ailəsindən ad günü təbriki: "Hər zaman yanındayıq!"

"Qarabağ"ın müdafiəçisi Veşoviç dünən 33 yaşını tamamlayıb.

Mediasport.az xəbər verir ki, monteneqrolu futbolçunun övladları atalarını "Qarabağ"ın oyununda açdıqları pankartla təbrik ediblər.

Veşoviçin həyat yoldaşı Tamara Veşoviç "Instagram" hesabında etdiyi paylaşımda bu sözləri yazıb:

"Ad gününü meydanda keçirdi, lakin biz onu xüsusi edə bildik. Hər zaman yanındayıq!"

Ağdam təmsilçisi dünən Bakıda UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab oyununda "Dinamo"nu (Zaqreb) qəbul edib və iki oyunun nəticəsinə görə turnirlə vidalaşıb (0:2, ilk oyun - 0:3).