FOTO: "Neftçi" rəsmisindən Arayik Harutyunyanla bağlı maraqlı təklif

FOTO:  "Neftçi" rəsmisindən Arayik Harutyunyanla bağlı maraqlı təklif

Məlum olduğu kimi, Azərbaycan hökuməti Qarabağda terrorçular tərəfindən yaradılmış qondarma respublikanın "prezidenti" Arayik Harutyunyanı həbs edib.

Mediasport.az xəbər verir ki, əli onlarla azərbaycanlının qanına bulaşmış terrorçunun və bir neçə tərəfdaşının saxlanılaraq Bakıya gətirilməsi sosial şəbəkələrdə maraqlı müzakirələrə, xalqımızın böyük sevincinə səbəb olub.

Sosial mediada edilən paylaşımlardan, yazılan şərhlərdən aydın başa düşmək olur ki, Azərbaycan xalqı hətta ölüm hökmünün də yenidən qüvvəyə minməsinin tərəfdarıdır.

Diqqətçəkən paylaşımlardan birini "Neftçi"nin mətbuat xidmətinin yeni rəhbəri Emin Əfəndi edib. Klub rəsmisi Harutyunyanın məhkəməsinin çoxsaylı tamaşaçı qarşısında, öz də Gəncə şəhərində olmasının tərəfdarıdır.