Avropanın ən bahalı heyətə malik klublarının siyahısı açıqlanıb

Avropanın ən bahalı heyətə malik klublarının siyahısı açıqlanıb

Nüfuzlu “Transfermarkt” portalı Avropanən ən bahalı heyətiə malik futbol klublarının siyahısını tərtib edib.

Mediasport.az xəbər verir ki, sırlamaya “Mançester Siti” başçılıq edir.

Maraqlıdır ki, İtaliyanın heç bir klubu ilk "10-luğ"a düşə bilməyib.

Apennin yarımadasının ən bahalı kollektivi “İnter”dir. Milan təmsilçisi 622 milyon avro dəyərlə 13-cü yerdə qərarlaşıb.


Avropanın ən bahalı 10 klubu

1. “Mançester Siti” (İngiltərə) - 1,2 milyard avro

2. "Arsenal" (İngiltərə) - 1,12 milyard avro

3. "Real" (Madrid, İspaniya) - 1,04 milyard avro

4. PSJ (Fransa) - 1,02 milyard avro

5. “Bavariya” (Almaniya) - 929 milyon avro

6. "Çelsi" (İngiltərə) - 928 milyon avro

7. "Liverpul" (İngiltərə) - 921 milyon avro

8. "Barselona" (İspaniya) - 840 milyon avro

9. "Tottenhem" (İngiltərə) – 777 milyon avro

10. “Mançester Yunayted” (İngiltərə) - 734 milyon avro