Veşoviçlə Yankoviç oynadı, sonda sevinən tərəf Quqeşaşvili oldu

Veşoviçlə Yankoviç oynadı, sonda sevinən tərəf Quqeşaşvili oldu

"Qarabağ"ın legioner futbolçuları milli komandalarının heyətində növbəti oyunlarını keçiriblər.

Mediasport.az xəbər verir ki, Marko Veşoviçlə Marko Yankoviçin şərəfini qoruduğu Monteneqro millisi Ağdam klubunun digər üzvü Luka Quqeşaşvilinin formasını geyindiyi Gürcüstan yığması ilə qarşılaşıb.

Matç tarixində ilk dəfə Avropa çempionatında iştirak edəcək Gürcüstan seçməsinin inamlı qələbəsilə yekunlaşıb - 3:1.

Yankoviç 90 dəqiqə meydanda olub, Veşoviç 59-cu dəqiqədə əvəzlənibsə, 25 yaşlı qolkiper Luka görüşü kənardan izləyib.