"Neftçi" "Qarabağ"ın da istədiyi futbolçunu 400 minə transfer etdi!

"Neftçi" "Qarabağ"ın da istədiyi futbolçunu 400 minə transfer etdi!

"Neftçi" mövsüm başa çatmamış ilk transferini reallaşdırıb.

Mediasport.az saytına verilən məlumata görə, "ağ-qaralar" "Qarabağ"la transfer mübarizəsində Emil Səfərovun keçidinə nail olublar.

Paytaxt təmsilçisi Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun da sərəncamında görmək istədiyi Azərbaycan millisinin yarımmüdafiəçisinə görə "Qəbələ"yə yüksək məbləğdə təzminat ödəyəcək.

22 yaşlı futbolçunun keçidi "Neftçi"yə təxminən 400 min manata başa gəlib, tərəflər arasında ilkin olaraq 3 illik anlaşma razılaşdırılıb.

Rəsmi müqavilə iyunda bağlanılacaq.