VİDEO: Qurban Qurbanov - 52!

VİDEO: Qurban Qurbanov - 52!

Bu gün Azərbaycanın ən uğurlu məşqçisi, 10-qat ölkə çempionu, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun doğum günüdür.

Mediasport.az xəbər verir ki, Azərbaycan futbolunun tarixinə adını qızıl hərflərlə yazdırmış mütəxəssis 52 yaşını qeyd edir.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən il ad günündə "Şöhrət" ordeni ilə təltif etdiyi Qurbanov həm insani keyifyyətləri, həm futbolçu, həm də baş məşqçi kimi gördüyü işlərlə nəinki futbol ictimaiyyətinin, bütün ölkənin sevgisini və rəğbətini qazanıb.

Azərbaycan Peşəkar Futbol Liqası təcrübəli çalışdırıcının doğum günü münasibətilə maraqlı video-təbrik hazırlayıb.