“Turan Tovuz”un məşqçi və futbolçularına seminar keçirilib

“Turan Tovuz”un məşqçi və futbolçularına seminar keçirilib

“Turan Tovuz” Futbol Akademiyasının U-15, U-16, U-17 və U-19 komandalarının məşqçi və futbolçu heyətinə oyun qaydaları ilə bağlı seminar keçirilib.

Mediasport.az xəbər verir ki, seminara akademiyanın koordinatoru Rasim Əliyev rəhbərlik edib.

Seminarda oyun qaydalarındakı yeniliklər haqda məlumat verilib.

Müxətlif oyunlardan seçilmiş epizodlar müzakirə olunub.

Sonda gənc futbolçuların sualları cavablandırılkıb.