Trebl edən "Mançester Siti"nin tarixi uğuru haqda film çəkilib

Trebl edən "Mançester Siti"nin tarixi uğuru haqda film çəkilib

ABŞ-nin film şirkəti "Netflix" 2022/23 mövsümündə treblə imza atan İngiltərə klubu "Mançester Siti" haqqında sənədli film çəkib.

Mediasport.az xəbər verir ki, filmə "Üçqat qaliblər" adı ("Together: Treble Winners") verilib.

"Şəhərlilər" ötən mövsüm Premyer Liqa, İngiltərə kuboku və Çempionlar Liqasının qalibi olub. Komanda İngiltərədə “Mançester Yunayted”dən sonra trebl edən 2-ci dəfə bunu bacarıb. Qvardiola isə tarixdə 2 trebl edən ilk məşqçi olub.