İtaliya və Uruqvay finalda - DÇ-2023

İtaliya və Uruqvay finalda - DÇ-2023

Argentinada keçirilən 20 yaşadək futbolçulardan ibarət dünya çempionatı sona yaxınlaşmaq üzrədir.

mediasport.az xəbər verir ki, gənclərin mundialında finalçılar müəyyənləşib.

Həlledici qarşılaşmada İtaliya və Uruqvay yığmaları üz-üzə gələcək. Apennin təmsilçisi tarixində ilk dəfə dünya çempionatının finalına vəsiqə qazanıbsa, Cənubi amerikalılar 3-cü dəfə bu uğura imza atıblar. Lakin Uruqvay hər iki cəhddə ikinciliklə kifayətlənib - 1997 və 2013-cü illər.

Final matçı iyunun 12-dən 13-nə keçən gecə saat 01:00-da başlanacaq. 3-cülük uğrunda görüş isə iyunun 11-də, saat 21:30-da Cənubi Koreya ilə İsrail futbolçuları arasında keçiriləcək.

Mundialın son qalibi Ukraynadır.