Xankəndi şəhər stadionunda təmir-tikinti işlərinə start verilib - FOTO

 Xankəndi şəhər stadionunda təmir-tikinti işlərinə start verilib - FOTO

Xankəndi şəhəri stadionunda təmir-bərpa işləri aparılır.

Mediasport.az xəbər verir ki, bununla bağlı Xankəndi şəhərinin X sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.

"Xankəndi şəhər stadionu 1956-cı ildə istifadəyə verilib. Hazırda stadionda bərpa işləri aparılır", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, artıq separatçıların qondarma bayrağının rəngində olan oturacaqlar stadionun tribunalarından sökülüb. Stadionun tribunalarında oturacaqlar yeniləri ilə əvəzlənəcək.