Regionlar Kubokunda xal qazanan ilk Azərbaycan klubu - VİDEO

Regionlar Kubokunda xal qazanan ilk Azərbaycan klubu - VİDEO

Azərbaycanı futbol üzrə UEFA Regionlar Kubokunda təmsil edən "Şimal" komandası birinci mərhələnin B qrupunda çıxışını başa vurub.

Mediasport.az xəbər verir ki, AFFA Region Liqasının qalibi Gürcüstanın Kutaisi şəhərində təşkil edilən ilkin mərhələnin ilk matçında yerli “Bric” klubuna 0:5 hesabı uduzub.

Təmsilçimiz ikinci görüşdə İsveçin “Göteborq” komandası ilə qarşılaşıb və 2:2 hesablı bərabərlik qeydə alınıb.

Bu, Azərbaycan klublarının UEFA Region Liqalarında əldə etdiyi ilk xal olub.